Azərbaycanda koronavirus infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 819-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 53 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 138 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 456 nəfər (sutka ərzində +38) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 225 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 665 (ötən gün 1 664 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 536 min 288 test aparılıb.**
R.Əhmədov