ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu dəyişməz saxlayıb, 2024-cü il üçün proqnozu isə 10 min barel azaldıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,65 milyon barel təşkil edəcək. I rüb üçün proqnoz 20 min barel azaldılıb. I rübdə gündəlik neft hasilatı 0,65 milyon barel (fevral proqnozu - 0,67 milyon barel), II rübdə 0,65 milyon barel (fevral proqnozu 0,65 milyon barel), III rübdə 0,64 milyon barel (fevral proqnozu 0,64 milyon barel), IV rübdə 0,65 milyon barel (fevral proqnozu 0,65 milyon barel) səviyyəsində olacaq.
Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda gündəlik 0,65 milyon barel maye karbohidrogen (fevral proqnozu 0,66 milyon barel) hasil olunacaq. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,65 milyon barel (fevral proqnozu 0,66 milyon barel), II rübdə 0,65 milyon barel (fevral proqnozu 0,66 milyon barel), III rübdə 0,65 milyon barel (fevral proqnozu 0,66 milyon barel), IV rübdə 0,66 milyon barel (fevral proqnozu 0,67 milyon barel) təşkil edəcək.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,67 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova