Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iclasda çıxışı zamanı bildirib ki, Azərbaycanda KOB-ların qarşılaşdıqları çətinliklərdən biri də maliyyə mənbələrinə çıxışla bağlıdır.
“Bu sahədə bir sıra dəstək mexanizmləri olsa da, bunlar sahibkarların maliyyə resurslarına olan ehtiyacının qarşılanması baxımından kifayət deyil. Sahibkarlarla keçirilən görüşlər və aparılan sorğular zamanı biznes subyektləri kredit faizlərinin yüksək olması, regionlarda olan girov təminatının banklar tərəfindən qəbul edilməməsi, nağdlaşdırma əməliyyatları üzrə tutulan faizlərin yüksək olması və s. məsələləri qeyd edirlər. Alternativ maliyyə alətlərindən istifadə səviyyəsi isə qənaətbəxş deyil”, - deyə o qeyd edib.
İclasda sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına dair müzakirələr aparılıb, təkliflər dinlənilib.*
B.Rüstəmbəyov