Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq baş naziri Ehud Olmerti qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.*
B.Rüstəmbəyov