Azərbaycan 2024-cü ilədək ölkəyə turist axınının COVID-19 pandemiyasından əvvəlki səviyyəsinin bərpa olunacağına ümid edir. Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru və Dövlət Turizm Agentliyinin (DTA) baş müşaviri Florian Zenqstşmid deyib.
“Biz 2024-cü ilə qədər pandemiyadan əvvəlki göstəricilərə çatmağa ümid edirik”, - deyə o, “TradeArabia” portalına müsahibəsində bildirib.
Zenqstşmidin sözlərinə görə, ötən il Azərbaycana turist axını pandemiyadan əvvəlki səviyyənin təxminən 50%-nə çatıb: 2019-cu ildə ölkəyə gələnlərin sayı 3,2 milyon nəfər təşkil etmişdisə, 2022-ci ildə bu göstərici 1,6 milyon nəfər olub.*
R.Kərimov