Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,825 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 138 nəfər təşkil edir.
Virusa yoluxmuş 818,497 min nəfər (sutka ərzində +41) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 190 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1,583 min (ötən gün 1,665 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 537,871 min test aparılıb.*
X.Nəsirzadə