Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı arasında görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi XİN-in Mətbuat xidməti idarəsinə istinadən xəbər verir.
“Görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, informasiya, kommunikasiya, sosial müdafiə, habelə ailə və gənclər siyasəti sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə