Azərbaycan prezidenti İlham Əliyev cümə günü İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi qeyd olunub”, - məlumatda deyilir,
Əliyev bu ilin fevralında Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşünü qeyd edib. **
B.Rüstəmbəyov