RF-nin Novqorod vilayəti 61,2 ton həcmində ərzaqlıq kartof partiyasını Azərbaycana göndərib.
“İnterfaks-Azərbaycan” “Rosselxoznadzor”un regional idarəsinə istinadən məlumat verir ki, son bir neçə il ərzində bu, Novqorod vilayətindən ərzaqlıq kartofun ilk tədarük partiyasıdır.
“İdarə tərəfindən regional kənd təsərrüfatı məhsulu barəsində bütün zəruri tədbirlər aparılıb. Laboratoriya tədqiqatların nəticələri ilə kartofda zərərverici orqanizmlərin olmadığı müəyyən edilib və bununla bağlı məhsulun fitosanitar vəziyyəti barədə rəy təqdim olunub”, - məlumatda qeyd edilir.
“Rosselxoznadzor”un regional idarəsi tərəfindən məhsulun ixracına icazə verən, Azərbaycanın tələblərinı uyğun oalraq fitosanitar sertifikat təqdim edilib. **
R.Əhmədov