Martın 1-nə Naxçıvan Muxtar Respublikasında quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 1 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.
“Cari ilin 2 ayında quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının sayı 73 ədəddən 13,4 dəfə artaraq 980 ədəd təşkil edib”, - məlumatda deyilir.
İlin əvvəlində ümumilikdə obyektlərin 3,8%-də yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6% təşkil edib. **
X.Nəsirzadə