Gələn həftə Avropa Parlamentinin deputatları Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətləri müzakirə etməyi planlaşdırırlar.
“Martın 14-də Avropa Parlamentinin (AP) Strasburqda keçiriləcək plenar iclasda Brüssel ilə Bakı arasında münasibətlər haqqında məruzə nəzərdən keçiriləcək”, - “İnterfaks-Azərbaycan”a Avropa Parlamentindən məlumat verilib.
Aİ-nin məlumatına görə, Brüssel Bakının əsas təcarət tərəfdaşıdır.
Bundan əlavə, Aİ tərəfindən idxal olunan neftin 4,3%- Azərbaycanın payına düşür.
Həmçinin, martın 14-də Avropa parlamentariləri Aİ ilə Ermənistan arasında münasibətləri müzakirə etməyi planlaşdırırlar. **
R.Kərimov