Azərbaycanın Tel-Əvivdəki səfiri Muxtar Məmmədov İsrailin “Haaretz” qəzetində dərc olunan İrana mümkün hücum qərarı veriləcəyi təqdirdə İsrailə yardım məqsədilə Azərbaycanın aerodrom hazırlaması və ya İsrailin “Mossad” kəşfiyyat xidmətinə İranda baş verənlərə nəzarət etmək üçün Azərbaycanda filial yaratmaqla bağlı məqaləni təkzib edib.
Məmmədov cümə günü İsrailin “The Jerasalem Post" nəşrində dərc olunan müsahibəsində bəyan edib ki, İrana mümkün hücum zamanı İsrailin Müdafiə Ordusuna Azərbaycandan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək.
“Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyəcək və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Çünki biz başqa ölkələrin daxili işlərimizə müdaxilə etməyəcəyini gözləyirik", - deyə Məmmədov bildirib. **
R.Kərimov