ABŞ-ın İrəvandakı səfirliyi məlumat verir ki, Vaşinqton Avropa İttifaqının Ermənistandakı mülki missiyasının işinə kömək edir.
“ABŞ-ın səfiri Kristina Kvin bu gün Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter ilə görüşüb, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. ABŞ Aİ-nin Ermənistandakı missiyasına kömək edir”, - səfirliyin mətbuat xidməti məlumat verir.
Aİ-nin missiyası fevralın 20-də Ermənistanda fəaliyyətə başlayıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, yerlərdə etimadın möhkəmlənməsinə töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
İki illik mandata malik olan missiyaya 100-ə yaxın şəxs daxildir. **