Mart ayında “QazTransOil” SC Qaşaqan yatağından 7 min ton neftin Azərbaycan üzərindən sınaq nəqlini həyata keçirməyi planlaşdırır. Bu barədə “QazTransOil”un ictimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar üzrə departamentindən məlumat verilib.
Nəqli Aktau limanında gələcəkdə Bakı limanı istiqamətində tədarük üçün həyata keçirmək planlaşdırılır. Qaşaqan neftinin yükgöndərəni “Inpex North Caspian Sea, Ltd” şirkətidir.
Qaşaqan yatağının işlənməsi ilə məşğul olan “North Caspian Operating Company” (NCOC) konsorsiumu öncə qeyd edib ki, neftin ixraca tədarükü üçün yalnız boru kəməri infrastrukturuna malikdir. Lakin konsorsium ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində fəaliyyət göstərir. Variantlardan biri olaraq dəmir yolu ilə neft tədarükü qeyd edilib. **