“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmov "Latvijas dzelzcels" (LDz) DSC-nin İdarə Heyətinin sədri Rinald Plyavnieks qatarların və lokomotivlərin təmiri sahəsində, həmçinin elektrifikasiya məsələləri üzrə əməkdaşlığa dair razılığa gəliblər.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Plyavnieksin sözlərinə görə, LDz-nin məqsədi beynəlxalq nəqliyyat sahsinin mövcud qlobal çağırşları biznes üçün imkanlara çevirməkdən ibarətdir. Buna görə də, yeni yük dəhlizlərinin açılması ilə bağlı qərarları mümkün qədər tez müəyyənləşdirmək və yeni imkanlardan yararlana biləcək ilk olmaq vacibdir.
ADY-nin nümayəndəıəri ilə görüş zamanı qeyd olunub ki, hər iki ölkənin dəmir yollarının ümumi hədəfləri var – müasir tələbrlərə uyğun olaraq bütün nəqliyyat sahəsinin inkişafı və dəmir yollarının fəaliyyətinin effektivliyinin artırılması. Plyavnieks qeyd edib ki, bu məqsədlərə çatmaq istiqamətində dəmir yolunun rəqabət qabiliyyəti, o cümlədən, ümumi infrastrukturadn istifadə ilə yükdaşımaların həcmi artacaq.
ADY-nin sədri vurğulayıb ki, hər iki ölkənin dəmir yolu şirkətləri ötən illərdə uğurla əməkdaşlıq edibvə şirkətlərin restrukturizasiyası, dəmir yolunun elektrifikasiyası və lokomotivlərin modernizasiyası ilə bağlı uğurlu təcrübə mübadiləsinə ümidvar olduğunu qeyd edib. Öz növbəsində, yükdaşımaları sahəsində Latviya gələcəkdə Orta Dəhliz («Middle Corridor») nəqliyyat sistemində Asiya və Skandinaviya ölkələri arasında nəqliyyatda birləşdirici ölkəyə çevrilə bilər. **