Xarici İşlər Nazirliyi Türkiyədə zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyəsinin başa çatması barədə məlumat yayıb, fevral-mart aylarında ümumilikdə 686 nəfər təxliyə olunub.
“Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində martın 10-da Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.
Nazirlik qeyd edir ki, indiyə qədər 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir.*
V.Əliyev