Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.
Azərbaycan liderinin saytında verilən məlumata görə, görüşdə enerji, nəqliyyat, təbii qaz təchizatı, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilərək Avropada yeni qaz konnektorunun inşası məsələsinə toxunulub. Ötən ay Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropaya yaşıl enerji təchiz edən önəmli ölkəyə çevrildiyi bildirilib.
Söhbət zamanı nəqliyyat sahəsində əməkdaşlıqla bağlı Bolqarıstandan Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə tranzit yüklərin həcminin artırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rumen Radev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.*
V.Əliyev