Prezident İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının gənclər və idman naziri Təşkilat Komitəsinin sədri təyin edilib.
Təşkilat Komitəsinin üzvləri ölkənin müxtəlif idarə və təşkilatlarının nümayəndələridir.*
R.Əhmədov