Azərbaycan prezidenti İlham Əliyev Albaniya prezidenti Bayram Beqay ilə görüşüb.
Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, görüşdə Bakı ilə Tirana arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulandı, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.
Əliyev və Beqay enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, o cümlədən Azərbaycanın Albaniyada səfirliyinin yaradılması, həmçinin Albaniyanın Azərbaycanda səfirliyini təsis etməsi ilə bağlı fikir mübadiləsi apardılar. Prezidentlər bunu ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirdilər. **
V.Əliyev