Albaniya prezidenti Bayram Beqay hesab edir ki, Tirana və Bakı iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq üzrə fəaliyyəti aktivləşdirməlidir.
Azərbaycanın dövlət başçısının saytındakı məlumata əsasən, bu barədə Beqay bazar günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
Beqayın sözlərinə görə, “biz ikitərəfli əməkdaşlığımızı gücləndirmək üçün çalışmalıyıq, xüsusilə iqtisadiyyat və turizm sahələrində”.
“Bizdə Transadriatik boru kəməri var və ölkənin bütün ərazisini qazlaşdırmaq üçün daha çox iş görməliyik”, - o qeyd edib.
“Xüsusilə indi - enerji məsələsinin çox önəmli olduğu bir dövrdə. Qaz da çox vacibdir. Biz çox şadıq və bəxtimiz gətirib ki, Siz üzərinizə belə bir öhdəlik götürmüsünüz və Sizin dostluğunuzu qazanmışıq”, - Albaniya prezidenti əlavə edib. **
V.Əliyev