Azərbaycanda koronavirus infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,942 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 144 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 583 nəfər (sutka ərzində +35) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1114 (ötən gün 1 519 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 541 min 312 test aparılıb.**
V.Əliyev