Azərbaycan Mərkəzi Bankı (AMB) martın 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8223 manat/1EUR səviyyəsində (martın 10-na 1.8011 manat/1EUR) müəyyən edilib.
AMB martın 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0223 manat/1RUB səviyyəsində (martın 10-na 0.0224 manat/1RUB) müəyyən edib.
Martın 13-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0896 manat/1TRY səviyyəsində (martın 10-na 0.0898 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov