Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 1 milyard 8 milyon 889,2 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 820 milyon 837,4 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 22,9% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 728 milyon 407,9 min manat (artım 21,6%), aksizlər üzrə 29 milyon 760,5 min manat (artım 65,9%), yol vergisi üzrə 8 milyon 793,1 min manat (artım 4,8%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 241 milyon 927,7 min manat (artım 23,6%) məbləğində olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard 750 milyon manat təşkil edir.*
B.Rüstəmbəyov