Azərbaycan 2018-2022-ci illərdə dünya silah idxalçılarının siyahısında 53-cü yerdə qərarlaşıb.
“İnterfaks-Azərbaycan” agentliyi Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah ticarəti ilə bağlı yenilənmiş məlumatına istinadən xəbər verir ki, Azərbaycan əvvəlki beşilliyin (2013-2017-ci illər) yekunlarına görə bu siyahıda 22-ci yerdə olub.
SIPRI-nin qiymətləndirmələrinə görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən silah alan əsas ölkələrdən biri olub (İsrailin silah ixracında Azərbaycanın payı 9,1% təşkil edir) və Tel-Əvivdən silah alışının həcminə görə Hindistandan (37%) sonra ikinci yeri tutur.
Analitik Mərkəzin Azərbaycanla bağlı materiallarında 2018-2020-ci illər üzrə məlumatlar təqdim edilib, 2021-2022-ci illər üzrə isə məlumatlar yoxdur.
SIPRI-nin qiymətləndirmələrinə əsasən, Azərbaycan 2018-2020-ci illərdə aviasiya texnikası, artilleriya, zirehli texnika, raketlər və müşahidə sistemləri alıb, eləcə də donanmanı təkmilləşdirib.*
R.Kərimov