Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Seçki Qrupunun icraçı direktoru Dominik Favre ilə görüşüb. Bu barədə AMB sədri “Twitter” hesabında yazıb.
Görüş zamanı Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
“Görüşdə, həmçinin DB-nin növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyasının hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq”, - deyə Kazımov qeyd edib.*
X.Nəsirzadə