Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində martın 14-də Berlində ölkə Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla danışıqlar aparacaq.
“İnterfaks-Azərbaycan” agentliyi Almaniya kanslerinin ofisinə istinadən xəbər verir ki, Əliyev və Şolts iqtisadi əlaqələri, xüsusilə enerji sahəsində əməkdaşlığı müzakirə edəcək, habelə beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Əliyev martın 13-də Almaniyaya işgüzar səfərə gəlib.*
R.Kərimov