Azərbaycanda koronavirus infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 946-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 144 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 590 nəfər (sutka ərzində +7) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 212 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 747 (ötən gün 1114 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 542 min 59 test aparılıb.*
N.Abbasova