Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, hökumət Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonasına çevirməyi planlaşdırır.
“Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur”, - Əliyev bazar ertəsi Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, “yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun”. “Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı (elektrik enerjisinin - İF) mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”, - Əiyev əlavə edib. **
R.Əhmədov