Hindistan 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək (cari maliyyə ilin 10 ayı ərzində) Azərbaycandan 553 milyon 180,05 min ton neft idxal edib.
“İnterfaks-Azərbaycan” agentliyinə Hindistan Ticarət və Sənaye Nazirliyindən məlumat verilib ki, bu dövrdə Azərbaycandan alınmış neft $495,78 milyon dəyərində qiymətləndirilir.
Həmçinin, nazirlikdən vurğulanıb ki, cari ilin yanvar ayında Hindistan Azərbaycandan neft almayıb.**
R.Kərimov