İrəvan sülh müqaviləsi layihəsi ilə bağlı Bakının cavabını alıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Fevralın ortalarında sülh müqaviləsi layihəsi üzrə öz təkliflərimizi göndərdik və iki-üç gün əvvəl layihəyə dair Azərbaycanın cavabını aldıq”, - Paşinyan çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “müəyyən irəliləyiş var, eyni zamanda fundamental problemlər meydana gəlir”. **