Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan özünün qiymətləndirmələrinə əsasən, KTMT-nin «Ermənistandan çıxmasından» narahatlığını bildirib.
“2022-ci ildə KTMT-nin baş katibi Ermənistana səfər edərkən mənə dedi ki, təşkilatın Ermənistanın KTMT-dən çıxacağı ilə əlaqədar narahatlığı var. Mən dedim ki, bu cür narahatlığın yeri yoxdur, lakin digər narahatlıq var, KTMT-nin Ermənistandan çıxacağı ilə əlaqədar. Hazırda qiymətləndirməm belədir: KTMT, istəsə də, istəməsə də Ermənistandan çıxır. Bu bizi narahat edir", - Paşinyan çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan «məmnuniyyətlə KTMT baş katibinin müavini vəzifəsini üzərinə götürəcək, əgər bu, Ermənistanın təhlükəsizliyinin daha bir amil kimi artması demək olarsa, əks halda biz xalqımıza səhv mesaj ünvanlayacağıq». **