Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji ixracının həcmi birinci mərhələdə 4 QVt səviyyəsində planlaşdırılır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu ilin fevral ayında Bakıda bir sıra Avropa ölkələrinin nazirləri, həmçinin energetika üzrə Avropa komissiraının iştirakı ilə Azərbaycandan yaşıl enerji ixracı layihəsinin rəhbər komitəsinin ilk iclası keçirilib. Elə ilk iclasda bunun, Cənub Qaz Dəhlizi ilə Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi deyil, inteqrasiya olunmuş layihə olacağına dair razılığa gəldik. Bu, Xəzərdə dəniz külək elektrik enerjisi stansiyalarından Aİ-də istehlakçılara qədər inteqrasiya olunmuş layihə olacaq”, - Əliyev Berlində Almaniyanın aparışı şirkətlərin rəhbərləri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, layihənin ilk mərhələsində Qara dənizin dibi ilə elektrik enerjisi tədarükünün həcmi 4 QVt səviyyəsində planlaşdırılır. “Lakin bunun üçün Gürcüstanda ötürmə xəttlərini genişləndirmək lazımdır. Əks halda bu tam səmərəsiz olacaq”, - deyə o bildirib.
“Hesab edirik ki, 4 QVt – yalnız başlanğıcdır. Avropada tələbatın səviyyəsi bizə məlumdur. Almaniyada tələbat barədə məlumatımız var. Düşünürəm ki, söhbət onlarla qiqavatdanb gedir və bu tələb artacaq. Bizdə belə güclər var. Biz sadəcə bütün hissələri birləşdirməliyik”, - Əliyev əlavə edib.
2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. **
B.Rüstəmbəyov