2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 19 milyard 812,5 milyn manat, iqtisadiyyatın real artımı 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin, qeyri neft-qaz sektoru 4,6% artıb, netf-qaz sektoru isə 3,6% azalıb.
ÜDM-in strukturunda 50,3% sənaye, 8,9% ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3% nəqliyyat və anbar təsərrüfatı, 3,8% tikinti, 2,5% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 16,9%-i digər sahələrin payına düşüb.
ÜDM-də vergiləri payı 9%-ni təşkil edib.
Yanvarda əhalinin hər nəfərinə düşən ÜDM 1 milyard 955,6 manata bərabər olub.
2022-ci ildə Azərbaycanda QÜDM-in artımı 4,6%, həmçinin qeyri neft-qaz sektorunda – 9,1% təşkil edib.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova