Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfərə hazırlaşır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Yaxın zamanda XİN başçısının Moskvaya səfəri planlaşdırılır”, - Paşinyan bu gün mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavroavla görüş zamanı həmçinin RF, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşünün keçirilməsi imkanının müzakirəsi planlaşdırılır.
“Biz görüşə hazırıq. Bu məsələ Moskvada müzakirə olunacaq”, - baş nazir deyib. **