Azərbaycan su ehtiyatlarının səmərəli idarə olunması sahəsində struktur islahatlar aparmağı planlaşdırır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Biz hazırda su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi tələb olunan bir çox şəhərlərdə layihələr reallaşdırırıq. Bizim məqsədimiz – ölkə ərazisini içməli su təchizatı sistemi ilə əhatə etməkdir”, - Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
O vurğulayıb ki, işin həcmini nəzərə alaraq bunu etmək çətin olacaq.
“Bizim həmçinin su ehtiyatlarının idarə olunması sahəsində struktur islahatlarının aparılması ilə baölı planlarımız var. Bunun zamanı çatıb. Hazırda hökumət su bölgüsü barəsində müasir texnologiyalar tətbiq etmək məqsədilə müxtəlif variantları qiymətləndirir, xüsusilə ildən ilə suyun azaldığı şəraitdə. Biz bunu görürük. Əfsuslar olsun ki, dediyim kimi, Xəzər dənizi dayazlaşır. Həmçinin Azərbaycanda başlanğıc götürən çaylarda və transsərhəd çaylarda sular dayazlaşır. Su ehtiyatlarının idarə olunması, xüsusilə suyun səmərəli idarə olunması, şübhəsiz ki, yaxın illər üçün prioritetlərimizdən biri olacaq", - Əliyev əlavə edib. **
R.Əhmədov