Azərbaycanda koronavirus infeksiyasına 65 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 829 min 11 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 147 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 638 nəfər (sutka ərzində +48) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 226 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1558 (ötən gün 747 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 543 min 617 test aparılıb.**
N.Abbasova