Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, Ermənistan iki ölkə arasında sülh müqaviləsinin imzalanması üşün şansını əldən buraxmayacaq.
“İndi sülhün zamanı çatıb. Biz Ermənistana 5 prinsip əsasında sülh müqaviləsi imzalamağı təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı əldən buraxmayacaq və Cənubi Qafqazda sülh və əməkdaşlığın zamanı gələcək”, - Əliyev bu gün Berlində Almaniya kansleri Olaf Şolts ilə danışıqların yekunlarına dair deyib.
Əliyev xatırladıb ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyan 2019-cu ildə Azərbaycana qarşı ərazi iddiaları barədə bəyan edərək sülh müqaviləsinin imzalanması imkanını əldın buraxıb.
“Qeyd etməliyəm ki, əfsuslar olsun ki, zamanında Ermənistanın baş naziri (Nikol Paşinyan - İF) sülh üçün şansı əlindən buraxdı. 20189-cu ildə baş nazir (Ermənistanın - İF) bəyan etdi ki, “Qarabağ – Ermənistandır və nöqtə”, bu da faktiki olaraq, sülh yolu danışıqlar prosesinə ən böyük zərbə oldu. 44 günlük müharibə ərzində (2020-ci ilin payızında - İF) biz sübut etdik ki, Qarabağ – Azərbayandır və noyabrın 8-də Şuşa şəhərində nida işarəsi qoyduq”, - Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Şolts ilə danışıqlar zamanı Azərbaycanın Ermənistanla münasibətləri normallaşması ilə bağlı mövqeyini bildirib. **
X.Nəsirzadə