Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsinə investisiya yatırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Hazırda Azərbaycan Bakı-Tbilsi-Qars dəmir yolunun ensiz hissəsinin – yolun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır. Yolun yük axınının həcmi 1 milyon tondan 5 milyon tonadək genişlənəcək. Azərbaycan tərəfindən əlavə investisiyalar $120 milyondan çox təşkil edəcək. Ümid edirəm ki, biz bu işi gələn il tamamlayacağıq”, - Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşdə bildirib.
Həmçinin, dövlət başçısı Ələtdə Ticarət Dəniz Limanının ötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək genişləndirilməsi planları barədə məlumat verib.
“Biz nəqliyyat, infrastruktur sistemlərinin inteqrasiyası, həmçinin gömrük inzibatçılığı məsələləri üzərində işləyirik. Bir neçə gündən sonra Ümumdünya Gömrük Təçkilatının baş direktoru Bakıya səfər edəcək. Onunla müzakirə edəcəyimiz məsələlərdən biri ondan ibarət olacaq ki, Mərkəzi Asiya, Azərbaycan, Grcüstan və Tüürkiyə arasında işi koordinasiya etməkdə bizə neçə köməklik edə bilər. Marşrutun inteqrasiyasın anail olamq üçn tariflərə vahid yanaşma olmalıdır. Əgər ölkələrdən bir, misal üçün Azərbaycan tarifi endirərsə, digər ölkə isə endirməzsə və ya artırarsa – bu işləməyəcək”, - prezident deyib. **
B.Rüstəmbəyov