Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8265 manat/1EUR səviyyəsində (martın 14-nə 1.8194 manat/1EUR) müəyyən edilib.
AMB martın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0224 manat/1RUB səviyyəsində (martın 14-nə 0.0225 manat/1RUB) müəyyən edib.
Martın 15-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0896 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov