Milli Məclisin martın 17-də keçiriləcək iclasında hökumətin 2022-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatının dinlənilməsi planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Hesabatda respublikada makroiqtisadi vəziyyətin təhlili, ötən ilin dövlət büdcəsinin icrasına dair məlumatlar, maliyyə bazarının ayrı-ayrı seqmentlərinin inkişafı, hökumətin sosial problemlərin həllinə yönəlmiş fəaliyyəti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, MKT subyektlərinin fəaliyyətinin yekunları, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılması tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin maliyyələşdirilməsi məsələləri yer alır.*
R.Əhmədov