“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi – “ADY Konteyner” MMC Türkiyədən Qarabağ iqtisadi rayonuna yükdaşımalara başlayır.
“ADY Konteyner”dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yüklər həftədə bir dəfə İstanbuldan və ya Mersindən Horadiz dəmiryol stansiyasına daşınacaq.
Yükdaşımalar 40-45 НС (26-28 ton) və ya 20 НС (28 ton) ölçülü konteynerlərlə həyata keçiriləcək.*
B.Rüstəmbəyov