İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 15-də Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tərəflər ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri, enerji sahəsində tərəfdaşlığın perspektivləri barədə müzakirə aparıblar.
Görüşdə energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, əczaçılıq, rəqəmsallaşma, kiçik və orta biznes, sənaye, o cümlədən, avtomobil sənayesi və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb.
Həmçinin ölkələrimizin regionları arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb.
2022-ci ilin yekunları üzrə ticarət sahəsində 63% artım olub.
“Bundan başqa, görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində əməkdaşlıq məsələsi müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov