Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin daha əvvəl yaydığı məlumata görə, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü martın 16-da Ankarada keçiriləcək.*
R.Kərimov