Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
“Söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb”, - deyə Azərbaycan liderinin saytında məlumat verilib.
Əliyev və Ərdoğan iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
“Prezidentlər siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsini və regional məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib. Zirvə görüşü martın 16-da keçiriləcək.*
R.Əhmədov