Azərbaycan Mərkəzi Bankı (AMB) martın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8024 manat/1EUR səviyyəsində (martın 15-nə 1.8265 manat/1EUR) müəyyən edilib.
AMB martın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0223 manat/1RUB səviyyəsində (martın 15-nə 0.0224 manat/1RUB) müəyyən edib.
Martın 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0895 manat/1TRY səviyyəsində (martın 15-nə 0.0896 manat/1TRY) müəyyən edilib.**
X.Nəsirzadə