Operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda kondensatla bulrikdə neft hasilatı 5,1 milyon ton təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, Şahbazov Twitter hesabında yazıb ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan dünya bazarlarına kondensatla birlikdə 4,1 miyon ton neft ixrac edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda kondensatla birlikdə neft hasilatı 32 milyon 667,7 min ton (azalma 5,5%), ixracı – 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova