2023-cü ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddə götürülüb. Bu barədə cümə axşamı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumata əsasən, götürülmüş narkotik vasitələrin dəyəri 54,292 milyon manat ($31,936 milyon) kimi qiymətləndirilir. **
R.Kərimov