Azərbaycanda bir neçə hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb. Bu barədə cümə axşamı Müdafiə Nazilriyi məlumat verib.
“Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb, - nazirlikdən qeyd olunur.
Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müdafiə nazirinin tapşırıqları müvafiq olaraq çatdırılıb. **
R.Kərimov