2020-ci il noyabrın 10-dan etibarən işaldan azad edilmiş Azərbaycan ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda minaların partlaması nəticəsində 49 nəfər mülki şəxs və hərbi qulluqçu həlak olub. Bu barədə Baş Prokuroluğundan bəyan edilib.
Məlumata əsasən, həmçinin erməni hərbçiləri tərəfindən basdrılmış minaların partlaması nəticəsində 234 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xəbər verildiyi kimi, 2020-ci ilin sentyabr-dekabr aylarında erməni işalından azad edilmiş Azərbaycan ərazilərində mina təhlükəsi Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün əsas maneədir. **
R.Əhmədov