2023-cü ilinyanvar-fevral aylarında“Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 3,1 milyon ton təşkil edib, bu da hesabat dövründə Azərbaycanda bütün hasilatın
Energetika Nazirliyinin operativ məlumatlarına əsasən, 2023-cü ilinyanvar-fevral aylarındaAzərbaycanda kondensatla birlikdə neft hasilatı 5,1 milyon ton təşkil edib. Respublika üzrə neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton (bütün neft hasilatının təxminən 25,5%-i - İF) təşkil edib.
Hesabat dövründə AÇG blokundan və Şahdəniz yatağından 3,8 milyon ton, SOCAR şirkəti tərəfindən - 305 min ton kondensatla bilrikdə neft ixrac olunub.
Yanvar-fevralda BNEZ-də neftin emalının həcmi 1,1 milyon ton təşkil edib.
Nazirlikdən qeyd olunub ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2023-cü il tarixinədək AÇG-dən 570 milyon ton neft, “Şahdəniz” - 41 milyon ton kondensat çıxarılıb. Ümumiliklə, indiyədək dünya bazarlarına 609 milyon tondan çox neft və kondensat ixrac edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), LUKOIL (19,99%), TRAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%). **
N.Abbasova